Telefon
012 564 18 94
Hörmətli müştəri, yeni qaydalara əsasən gömrük orqanlarına bəyanedilməyən malların buraxılışı təmin edilmir. Bağlamanızı “Smart Customs” mobil tətbiqi vasitəsi ilə bəyanetməlisiniz. Əks halda bağlamanız Bakıya göndərilməyəcək.
DİQQƏT! Yeni qərara görə SMART CUSTOMS mobil tətbiqetməsivasitəsilə bəyan edilməmiş bağlamaların İstanbuldan göndərişinə icazə verilməyəcək.Bu qayda yolda olan bağlamalara şamil edilmir. Bağlamanız İstanbul anbarındasistemə daxil edildikdən sonra e-mailinizə gələn və ya profilinizdəki Bağlamalarımbölməsində görünən məlumata görə SMART CUSTOMS proqramında bəyan etməlisiniz. MəlumatlarApar Express profilinizdə necədirsə, eynilə proqramda da olmalıdır. Tracking nömrəhissəsinə isə Bağlamalarım bölməsində sizə təqdim edilən tracking nömrəyazılmalıdır, o xanaya ID kodunuzu yazmayın. Bu nömrə sizə həm sms, həm e-maililə göndəriləcək, həmçinin APAR EXPRESS profilinizdə də görünəcəkdir.
Əgər nömrəniz öz adınıza deyilsə, qeydiyyat üçün öz adınıza nömrəolmalıdır, bu nömrəni aktiv işlətməli deyilsiniz.
Qeyd edək ki, bağlama hansı ID koda aid profilə daxil edilirsə,həmin şəxs tərəfindən bəyan edilməlidir.
Bundan əlavə, sifarişlərinizi verərkən Apar Expressdekı qeydiyyatdan keçərkən yazmış olduğunuz ad və soyadınızı yazın, ünvanın sonundada ID kodunuzu düzgün yazmağı unutmayın. Bağlamalar ID koda görə sistemə girilir, ID kod olmadıqda və ya səhv yazıldıqda bağlama naməlumlara düşə bilər.Səhv məlumat daxil edilən bağlamalara görə məsuliyyəti müştəri özü daşıyır.
Smart Customs tətbiqini aşağıdakı keçiddən əldə edə bilərsiniz.
Gömrüklə bağlı əlavə suallarınızvarsa, Whatsapp xəttinə müraciət edə bilərsiniz.